Dekabr ayından bu məhsulun qiyməti artacaq – AÇIQLAMA
Son dövrlər Azərbaycanda ərzaq məhsullarının qiymətlərində müşahidə olunan artım istehlakçıların gündəlik xərclərinə təsir edir. Bir sıra məhsulların bahalaşması fonunda ilin sonuna yaxın digər ərzaq məhsullarının qiymətində də artım ehtimalı müzakirə olunur. Xüsusilə mövsümi tələbat, istehsal və idxal xərcləri, eləcə də bazardakı qiymət dəyişiklikləri bu prosesə təsir göstərə bilər.
Bəs ilin sonuna qədər Azərbaycanda daha hansı ərzaq məhsullarının bahalaşması gözlənilir?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Median.Az-a açıqlamasında deyib ki, konkret ərzaq məhsullarının adlarını sadalamaq çətindir:

“Ümumilikdə, ölkədə ərzaq inflyasiyası 7 faizə yaxınlaşır. Əvvəlki illərin təcrübəsi göstərir ki, ilin sonuna doğru inflyasiya daha da sürətlənir və qiymət artımı müşahidə olunur. Bu, həm mövsümi amillərlə, həm də Yeni il bayramı ərəfəsində tələbatın artması ilə bağlıdır. Bu ilin dekabr ayından etibarən qiymət artımının sürətlənməsinin şahidi olacağıq. Təəssüf ki, bu artım əsasən gündəlik tələbat mallarını əhatə edəcək”.