Zəngəzurda saxlanılan azərbaycanlı hərbçinin işi üzrə ittiham aktı açıqlandı
"Şəki kəndinə (Zəngəzur) keçən Azərbaycan hərbçisi Nəsimi Musayev 6 atəş açaraq yerli sakin Ani Avetisyanı yaralayıb".
Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu və digər detallar məhkəmə məlumatları saytında dərc olunan ittiham aktında yer alıb.
Sənədə əsasən, N.Musayev sentyabrın 26-da saat 20:00-dan 22:00-dək olan müddətdə üzərində "Kalaşnikov" avtomatı, ona bərkidilmiş süngü-bıçaq və 140 patronla sərhədi keçib. Bildirilir ki, hərbi qulluqçu həmin ərazidən Şəki kəndinə gələrək içərisində heç kimin olmadığı bir evə daxil olub:
"O, mənzildən 19 min dram, smart saat, mobil telefon və bank kartı götürüb. Oktyabrın 1-i günorta saatlarında Avetisyanın övladları evə qayıdıblar. Onları görən Musayev silahla hədələyərək mobil telefonlarını verməyə məcbur edib, həmçinin onlara otaqdan çıxmağı qadağan edib.
Daha sonra qızı ilə danışarkən mənzildəki "çağırılmamış qonaq"dan xəbər tutan Avetisyan təcili evə gəlib. Qadını görən Musayev onu öldürmək niyyəti ilə 6 atəş açıb, ayağından yaralayıb və ardınca ona bir neçə zərbə endirib. Avetisyan sol əlindən də ağır xəsarətlər alıb. Bundan sonra Musayev hadisə yerindən qaçaraq qonşu evlərdən birinin tövləsində gizlənib, lakin sonradan orada aşkarlanaraq saxlanılıb".
Xatırladaq ki, oktyabrın 1-i saat 14:15-də Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə Şəki (Zəngəzur) kəndi istiqamətində sərhədi keçən hərbi qulluqçu 2 ay müddətinə həbs edilib.