Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib)
Şəmkirdə qətlə yetirilən qadının kimliyi məlum olub.
Öldürülən şəxs Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü Yasəmən Süleymanovadır.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
* * * * *
Şəmkirdə bir evdən qadın və kişi meyitlərinin tapılması ilə bağlı yeni detallar məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, rayonun Varlı Həyat kəndində baş verən hadisə zamanı kişi qeyri-rəsmi yaşadığı qadını öldürüb. Bundan sonra isə o intihar edib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Qeyd edək, 1968-ci il təvəllüdlü Rəfi Mustafayev kənddə təsərrüfatla məşğul olub. O, ailəsindən ayrılaraq bir müddət tək yaşayıb. Sonra isə meyti tapılan qadınla qeyri-rəsmi yaşamağa başlayıb.
Hadisənin səbəbləri isə hələlik məlum deyil.
* * * * *
Şəmkir rayonunda evdən kişi və qadın meyitinin tapılması ilə bağlı bəzi təfərrüat məlum olub.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Varlı Həyat kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyindən və telefon zənglərinə cavab vermədiyindən yaxınları onun yaşadığı evə yollanıblar.
Evin qapısının bağlı olduğunu görən yaxınları hasardan aşaraq həyətə daxil olublar.
Onlar evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadının meyitini aşkar ediblər.
Mərhumun yaxınlarının sözlərinə görə, R.Mustafayev kənddə əkinçiliklə məşğul olurmuş. Meyiti tapılan qadının isə onun yanında işlədiyi bildirilir.
Məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb. Onun övladının olduğu bildirilir.
Hər iki şəxsin ölüm səbəbi hələlik məlum deyil.