Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı | 22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) |
Mojo.az Avto
Mojo.az Avto

"Lexus"un yeddi min avtomobili geri çağırılır

17.11.2026 11:45 45
Yaponiyanın avtomobil markası "Lexus" təhlükəsizlik yastıqları ilə bağlı potensial riskə görə minlərlə avtomobili geri çağırır.

Avstraliyada noyabrın 13-də dərc edilən rəsmi bildirişə əsasən, kampaniya 7 015 avtomobili əhatə edir.

Söhbət 2005-2012-ci illərdə istehsal edilmiş "Lexus IS250", "Lexus IS250C", "Lexus IS350" və "Lexus IS-F" modellərinin müəyyən avtomobillərindən gedir.

Avtomobillərin ön sərnişin təhlükəsizlik yastıqlarında "Takata" şirkətinin istehsalı olan qaz generatorları quraşdırılıb. Bu hissələrin bəziləri əvvəlki geri çağırma kampaniyaları zamanı dəyişdirilib.

Rəsmi məlumata görə, uzun müddət yüksək temperatur və rütubətin təsirinə məruz qalma qaz generatorunda istifadə edilən maddənin xüsusiyyətlərini dəyişə bilər. Bu isə təhlükəsizlik yastığının işə düşməsi zamanı risk yarada bilər.

"Lexus" bildirib ki, indiyədək yoxlanılan hissələrdə deqradasiya, yəni materialın keyfiyyətinin pisləşməsi aşkarlanmayıb. Kampaniya qabaqlayıcı xarakter daşıyır və avtomobillər hazırda istifadə üçün təhlükəsiz hesab edilir.

Avstraliyadakı avtomobil sahiblərinə müvafiq bildirişlər göndəriləcək. Ehtiyat hissələri hazır olduqdan sonra qaz generatorları ödənişsiz dəyişdiriləcək.

Kampaniya 6GG99 nömrəsi ilə qeydə alınıb.
//oxu.az

Son xəbərlər