Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu | 21:40 Culfada avtomobil 72 yaşlı qadını vurdu | 21:37 Azərbaycanda daha bir həkim vəfat etdi | 21:26 Göygöldə evdən meyit tapıldı | 21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur

16.11.2026 22:05 39
Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur
Alimlər apardıqları araşdırma nəticəsində dünyanın ən gözəl səslənən qadın adını müəyyən ediblər. Tədqiqatın nəticələrinə əsasən, bu ada ingilisdilli ölkələrdə valideynlərin xüsusilə böyük rəğbəti var.

Median.Az
 xəbər verir ki, bu barədə Birmingem Universitetinin araşdırmasına istinadən “Grazia” nəşri məlumat yayıb.

Tədqiqatın müəllifi koqnitiv dilçilik üzrə mütəxəssis, doktor Bodo Vinter ABŞ və Böyük Britaniyada geniş yayılmış bir neçə yüz uşaq adını təhlil edib. Araşdırmada adların səslənişi, fonetik quruluşu və insanlarda yaratdığı təəssürat əsas götürülüb.

Alimlər hər bir adı ayrı-ayrı fonemlərə, yəni əsas səs vahidlərinə bölərək onların yumşaqlıq, sərtlik, istilik və zəriflik kimi assosiasiyalar yaratmasını araşdırıblar. Bu göstəricilər əsasında adların xüsusi “ahəngdarlıq indeksi” müəyyənləşdirilib.

Nəticədə qadın adları arasında birinci yeri Sofiya (Sophia) tutub. Reytinqdə növbəti yerləri Zoe, Rozi, Sofi, Ayvi, Fibi, Vayolet, Villou, Hanna və Elli tutublar.

Kişi adları arasında isə ən gözəl səslənən ad Zeyn (Zayn) seçilib. İlk onluğa Cessi, Çarli, Lui, Vilyam, Freddi, Corc, Əli, Daniel və Rayli də daxil olub.

Sofiya adını fərqləndirən nədir?

Araşdırmada Sofiya adının yalnız səslənişinə deyil, mənşəyinə və tarixi əhəmiyyətinə də diqqət çəkilib. Qədim yunan mənşəli bu ad “müdriklik” mənasını verir.

Müxtəlif dövrlərdə müqəddəslər, kral ailələrinin nümayəndələri və ədəbiyyat qəhrəmanları bu adı daşıyıblar. Adın tələffüzündəki yumşaq səslər və ahəngdar sonluq onun müsbət qəbul edilməsinə təsir göstərən amillər kimi qiymətləndirilib.

Nəşrin yazdığına görə, Sofiya adı ingilis, italyan və ispan dillərində də rahat tələffüz olunur. Bu xüsusiyyət onun həm klassik, həm də beynəlxalq səviyyədə tanınan ad kimi qəbul edilməsinə şərait yaradıb. Sofiya uzun illərdir bir çox ölkədə ən populyar qadın adlarının ilk onluğunda yer alır.

Araşdırmanın müəllifləri valideynlərə uşaq üçün ad seçərkən yalnız onun səslənişinə deyil, mənasına və tarixinə də diqqət yetirməyi tövsiyə edirlər. Onların fikrincə, adın soyadla birlikdə necə səsləndiyini yoxlamaq, gündəlik ünsiyyətdə rahat tələffüz olunmasına əmin olmaq da vacibdir.

Qeyd edək ki, tədqiqat bütün dünya dillərini əhatə etmir. Nəticələr əsasən ABŞ və Böyük Britaniyada istifadə olunan adların ingilisdilli insanlar tərəfindən necə qəbul edilməsinə əsaslanır. Buna görə də Sofiyanın dünyanın bütün dillərində obyektiv şəkildə ən gözəl qadın adı olduğunu söyləmək mümkün deyil.

Son xəbərlər