Mojo.az Banner
20:40 170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi  |     20:34 Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi  |     20:29 Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr (SİYAHI)  |     20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ

02.10.2026 21:28 195
Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ
Antibiotik müalicəsi zamanı şəkərli qidaların qəbulunun bağırsaq mikrobiomuna mənfi təsir göstərə və insanı təhlükəli infeksiyalara qarşı daha həssas edə biləcəyi müəyyənləşdirilib.

Bu barədə “Nature” jurnalı məlumat yayıb.

Araşdırmada kök hüceyrə transplantasiyasından əvvəl uzunmüddətli antibiotik müalicəsi alan xəstələrin bağırsaq bakteriyalarında baş verən dəyişikliklər müəyyən edilib. Alimlər 173 xəstədən götürülmüş 1000-dən çox nəcis nümunəsini və onların qəbul etdiyi 9400-dən çox xəstəxana yeməyini təhlil ediblər.

Tədqiqatçılar yağ, karbohidrat və lif kimi əsas qida maddələrinin, eləcə də müxtəlif qidaların bağırsaq bakteriyalarına təsirini araşdırıblar. Tədqiqatın müəllifi, doktor Conatan Peledin sözlərinə görə, şəkərli qidaların, xüsusilə əlavə şəkərin antibiotiklərlə birlikdə qəbulu bağırsaq mikrobiomuna güclü mənfi təsir göstərə bilər.
Araşdırmada antibiotik müalicəsinin intensivliyi artdıqca bağırsaq mikrobiomundakı müxtəlifliyin daha çox azaldığı müəyyən edilib. Şəkərli qida və içkilərin qəbulunun hər 100 qram artmasının antibiotik müalicəsi müddətində xəstələrin nəcis nümunələrində mikrobiom müxtəlifliyini təxminən 24 faiz azaltdığı bildirilib.

Mütəxəssislər bağırsaq bakteriyalarının müxtəlifliyinin azalmasının bəzi zərərli bakteriyaların, o cümlədən “Enterococcus faecium”un sürətlə çoxalması ilə əlaqəli olduğunu qeyd ediblər.

Normal şəraitdə bağırsaqda zərərsiz şəkildə yaşayan bu bakteriyanın antibiotiklərin faydalı bakteriyaları məhv etməsindən sonra həddindən artıq çoxala biləcəyi bildirilib. Bu halda bakteriya bağırsaq divarından qan dövranına keçərək sepsis və ya orqan transplantasiyasından sonra ağırlaşmalara səbəb ola bilər. Alimlər insanlarda müşahidə olunan nəticələri siçanlar üzərində də sınaqdan keçiriblər. Geniş təsir spektrli bir antibiotik verilən siçanlara şəkər əlavə edildikdə, “Enterococcus” bakteriyalarının miqdarının üçüncü gündə 16 dəfə, altıncı gündə isə 33 dəfə artdığı müşahidə olunub.

Araşdırmaya əsasən, orta göstəricidən daha çox şəkər qəbul edən xəstələrin transplantasiyadan sonra ölüm riski digər xəstələrlə müqayisədə təxminən 12 faiz yüksək olub. “Enterococcus” bakteriyasının həddindən artıq artmasının antibiotik müalicəsindən sonra təxminən səkkiz gün davam etdiyi bildirilib.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner