Mojo.az Banner
22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |     21:05 “WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq  |     21:00 25 il sonra yenidən “Mumiya”da - FOTO  |     20:52 Bu çörək xərçəngi inkişaf etdirə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi

07.10.2026 20:08 123
Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi
Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sənan Qasımovun (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Sənan Qasımov 2023-cü ilin yanvar ayından etibarən Bakı şəhərində avtomobil satışı ilə məşğul olan şəxsə Cənubi Koreya Respublikasından satış üçün maşınlar gətirəcəyini bildirib. Tərəflər razılığa gəldikdən sonra təqsirləndirilən şəxs 2009-cu il istehsalı olan KIA avtomobili gətirəcəyini vəd edib.

Avtomobilin zərərçəkmiş şəxsin tanışının adına sifariş ediləcəyi barədə razılıq əldə olunduqdan sonra Sənan Qasımov Cənubi Koreyada fəaliyyət göstərən şirkətinin adından hesab-faktura göndərib. Sənəddə ban nömrəsi olan, 2009-cu il istehsalı KIA markalı avtomobil üçün şirkətin bank hesabına 2 700 ABŞ dolları köçürülməsi göstərilib.

S.S. Xırdalanda bank vasitəsilə 700 ABŞ dollarını həmin şirkətin hesabına köçürüb. Pul köçürməsi barədə təqsirləndirilən şəxsə də məlumat verilib.

İttiham materiallarına əsasən, Sənan Qasımov bununla kifayətlənməyib. O, 2023-cü ilin yanvar ayında avtomobilin daşınma xərcləri adı ilə zərərçəkmiş şəxsdən 2 000 dollar, öz xidmət haqqı qismində isə 400 dollar olmaqla, ümumilikdə 2 400 dollar nağd pul alıb.

Beləliklə, avtomobilin gətirilməsi ilə bağlı bank köçürməsi və nağd ödənişlər vasitəsilə zərərçəkmiş şəxsdən ümumilikdə 5 100 ABŞ dolları əldə edilib.

İttihama görə, Sənan Qasımov avtomobil gətirmək barədə verdiyi vədlərdən aldatma vasitəsi kimi istifadə edərək pul vəsaitini ələ keçirib və bununla zərərçəkmiş şəxsə 8 670 manat məbləğində maddi ziyan vurub.

İş üzrə ittihamın mahiyyətindən görünür ki, təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərin əmlakını vahid niyyətlə və təkrarən aldatma yolu ilə ələ keçirib. Onun əməlləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə təxminən 385 000 manat məbləğində maddi ziyan vurulub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Qasımov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner