Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə tanışına qarşı 65 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxardı

03.10.2025 12:00 540
Məhkəmə tanışına qarşı 65 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxardı
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən İslamovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına görə, 2023-cü ilin may ayının son ongünlüyündə təqsirləndirilən Həsən İslamov tanışı, zərərçəkmiş Alim Məmmədovun (adı və soyadı şərtidir) ona zəng edərək digər tanışı ilə görüşüb sonuncudan 65 000 manat məbləğində pulu götürərək göndərməsini xahiş edib. O bundan istifadə edərək həmin pulu ələ keçirmək qərarına gəlib. Bu məqsədlə təqsirləndirilən şəxs Alimə pulu götürüb çatdıracağı barədə yalan vəd verib, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, bazarın qarşısında yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında həmin şəxslə görüşərək ondan 65 000 manat məbləğində pulu alıb.

Daha sonra Həsən həmin pulu Bakı şəhəri, metronun "28 May" stansiyasının yanında gözləyən zərərçəkmiş şəxsə çatdırmalı olduğu halda, verdiyi vədə əməl etməyərək şəxsi məqsədlərinə sərf edib.

Nəticədə təqsirləndirilən şəxs özgənin etibarından sui-istifadə və aldatma yolu ilə külli miqdarda ziyan vuraraq dələduzluq cinayəti törədib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner