Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı | 15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi | 13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat | 13:43 Bakının bu rayonunda mənzillər bahalaşır – Ucuz evlərin sirri nədir? | 13:41 Avtomobili qışda uzun müddət saxlamaq üçün hansı qaydalara əməl etmək lazımdır? | 13:39 Ən təhlükəli elektron siqaret dadları müəyyən edilib | 13:37 Bakıda qarajlar rekord həddə bahalaşdı | 13:34 Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? | 13:29 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? | 13:24 Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb | 13:17 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib | 13:12 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı

23.11.2026 15:47 51
Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı
Azərbaycan və İtaliya arasında kritik xammal sahəsində üçüncü ölkələrlə birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədlərin imzalanması və mübadiləsi Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində baş tutub.

Belə ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İtaliyanın "Leonardo S.p.A." şirkəti arasında yüksəkməhsuldarlıqlı hesablama sistemləri və süni intellekt sahəsində əməkdaşlığa dair, İtaliyanın "Cassa Depositi e Prestiti S.p.A." şirkəti ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında biznes və investisiya əməkdaşlığının inkişafına dair, "Baku Steel Company" QSC, "Dismas Trading S.r.l." və "Edgar H. Greenham & Co. S.r.l." arasında yerli sənaye məhsullarının ixracının təşviqi üzrə, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası ilə "FINCO" şirkəti arasında tikinti və tikinti materialları sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə, "IVECO" və "Azteximport" şirkətləri arasında ictimai nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi üzrə, "SIMEST S.p.A." ilə İtaliya-Azərbaycan Ticarət Palatası arasında iki ölkə arasında ticarət, investisiya və biznes əməkdaşlığının gücləndirilməsinə dair anlaşma memorandumları, həmçinin "Nort West Construction" MMC ilə "FALORNI TECH S.R.L." şirkəti arasında Qaradağ Şüşə Zavodunun modernləşdirilməsi üzrə müqavilə olmaqla 7 sənəd mübadilə edilib.

Həmçinin Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi ilə İtaliyanın Ticarət Agentliyi arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin təşviqi üzrə Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər