Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb

16.07.2025 20:21 1 248
Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
Bu gün Hanoy şəhərində keçirilmiş Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumu çərçivəsində 5 sənəd imzalanıb.

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "Report"a verilən məlumata görə, sənədlər iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Birinci sənəd Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) ilə AZPROMO arasında imzalanıb. Sənəd qarşılıqlı investisiyaların təşviqi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi, birgə tədbirlərin təşkili və informasiya mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

İkinci sənəd Vyetnamın tekstil və geyim sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən olan “Phong Phu” Korporasiyası və Azərbaycana məxsus “GP Cotton Holdings" MMC arasında, üçüncü sənəd Vyetnamın “Tuong Vu Joint” şirkəti ilə Azərbaycanın “Fresh-Meat” şirkəti arasında, dördüncü sənəd Vyetnamın “Anc Group” şirkəti ilə Azərbaycana məxsus “Rahat Market" arasında, beşinci sənəd isə Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında (bərpa olunan enerji sahəsində əməkdaşlığa dair) imzalanıb.

Son xəbərlər