Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi

07.10.2026 20:40 162
170 min dollar xaricə köçürüldü - şirkət 30 min dollardan çox cərimələndi
“Sunny Building Center” MMC 170 min ABŞ dolları məbləğində avans ödənişi ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.

Azərbaycan Mərkəzi Bankının tərtib etdiyi inzibati xəta haqqında protokol əsasında işə məhkəmədə baxılıb. Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilib və 30 min 216 ABŞ dolları məbləğində cərimələyib.

Məhkəmə qərarına əsasən, şirkət 2024-cü ildə xaricə 170 min dollar köçürüb. Ödəniş sənədlərində vəsait müqavilə üzrə qabaqcadan ödəniş kimi göstərilib. Lakin müəyyən edilmiş müddət ərzində həmin məbləğə uyğun malların idxalı və ya vəsaitin geri qaytarılması tam təmin edilməyib.

Şirkət isə bildirib ki, ödəniş əslində xaricdən alınmış mallara görə həyata keçirilib və bank vəsaiti avans kimi qeydə alıb.

İş üzrə bankın təqdim etdiyi məktubda malların əvvəlcə Azərbaycana gətirildiyi, daha sonra onların dəyərinin xaricə köçürüldüyü qeyd olunub. Bankın fikrincə, bu halda ödəniş avans deyil, idxal edilmiş mallara görə sonrakı ödəniş kimi rəsmiləşdirilməli idi.

Məhkəmə müəyyən edib ki, 170 min dollarlıq ödənişdən sonra eyni müqavilə ilə bağlı 18 min 920 dollar dəyərində mal Azərbaycana idxal edilib. Bu məbləğlə bağlı şübhəni şirkətin xeyrinə həll edən məhkəmə inzibati xətanın obyektini 151 min 80 dollar müəyyən edib.

Nəticədə şirkət həmin məbləğin 20 faizi həcmində – 30 min 216 ABŞ dolları məbləğində cərimələnib.

Şirkətin direktoru Xaşalov Ayxan Natiq oğludur.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner