Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir
Xalq şairi Nəriman Həsənzadənin adından saxta səhifə açılıb, həmin səhifə vasitəsi ilə uyğunsuz qruplara dəvətlər edilir.
Bu barədə Azərbaycan Yazıçılar birliyinin mətbuat katibi Xəyal Rza paylaşım edib.
“Ailəsi ilə əlaqə saxladıq. Xəbərsizdirlər və narahatlıqlarını ifadə etdilər. Səhifənin şikayət edilməsini xahiş etdilər. Bu səhifəni işlədən hər kimdirsə, könüllü olaraq bağlasa yaxşı olar. Ayıbdır!”, - deyə o paylaşımında qeyd edib.