Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO

08.10.2026 21:15 249
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub.

Median.Az
 Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var.

Mövzu ilə bağlı Xəzər Tv-yə danışan mama-ginekoloq Mahirə İsmayılova deyir ki, doğuş sayının son illərdə kəskin azalmasının əsas səbəblərindən biri qadınların 30 yaşdan sonra ana olmaq istəyidir.

Mahirə İsmayılova həmçinin qeyd edir ki, 2025-ci ildə dünyaya gələn 96 minə yaxın uşağın cəmi 46 mini qız, 50 mini oğlan uşaqlarıdır. Odur ki, qarşıdakı illərdə dünyaya uşaq gətirəcək qadınların sayında da ciddi azalma müşahidə olunacaq.

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev isə deyir ki, insanlar bu  nümunəni Avropa ölkələrindən götürürlər. Bundan başqa, boşanmaların artan dinamikası da uşaq sayına ciddi təsir göstərir.

Sosioloq hesab edir ki, mövcud tendensiyanın ciddi nəticələri ola bilər. 

Mütəxəssislər hesab edirlər ki, doğum sayındakı azalma davam edərsə, qarşıdakı illərdə demoqrafik yük daha da artacaq. Bu isə həm əhalinin yaş strukturuna, həm də təhsil və əmək bazarına ciddi təsir göstərə bilər.
скачать dle 11.3
Mojo.az Banner