Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO

08.10.2026 21:50 180
Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.

Tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü “isti izlər”lə açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib. 

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü də inzibati məsuliyyətə cəlb edilib.

Həmçinin Masazır qəsəbəsində avtoxuliqanlıq hərəkətləri törədən “Lada” markalı avtomobilin sürücüsü K.Qarayev, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törədən və hadisə yerindən qaçmağa cəhd göstərən “Chevrolet” markalı avtomobilin sürücüsü S.Əhmədov saxlanılıblar. Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb. Sonuncu barəsində əlavə olaraq inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Bundan başqa, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14, çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü barəsində də inzibati tədbirlər görülüb.

Abşeron rayonu ərazisində hüquqpozmaların qarşısının alınması, yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner