İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu
Meksikada 75 yaşlı hakim restlinq şousu (peşəkar güləş şousu) zamanı restler El İxo de Fişmanın onu rinqə atmasından sonra ölüb.
Bu barədə "N+" məlumat yayıb.
Oktyabrın 7-nə keçən gecə Meksikanın Mineral-de-la-Reforma şəhərində keçirilən restlinq şousu zamanı 75 yaşlı hakim Xerardo Xerman Pineda həlak olub. El Buho ləqəbi ilə tanınan Pineda El İxo de Fişmanla Maskara Sagrada arasındakı görüşü idarə edib.
Hadisə şahidlərinin sözlərinə görə, restler rəqibin başıaşağı çevrilərək döşəməyə atıldığı fənddən istifadə edib. Lakin bu zaman zərbə hakimə dəyib. Pineda bundan sonra rinqdə hərəkətsiz vəziyyətdə qalıb.
Şou dayandırılıb və hadisə yerinə gələn həkimlər hakimin öldüyünü təsdiqləyiblər.
Restler saxlanılıb və ehtiyatsızlıqdan ölümə səbəb olmaq şübhəsi ilə aparılan araşdırmanın iştirakçısına çevrilib. Bundan başqa, hadisədən sonra arenanın fəaliyyətinə xitam verilib. Buna səbəb meydançanın belə bir şou keçirmək üçün lazımi icazəsinin olmaması olub.
İyunda "California Post" amerikalı restler Halk Hoqanın təbii səbəblərdən vəfat etdiyini yazmışdı. Daha əvvəl restlerin infarktdan öldüyü bildirilmişdi. Lakin onun qızı Bruk atasının ölümü ilə bağlı ciddi suallarının olduğunu dəfələrlə açıqlamışdı. O, hətta atasının meyitinin yarılmasının xərclərini ödəməyi təklif etmişdi.
Nəticədə meyit yarılıb, lakin bu prosedur da ölümün səbəbləri ilə bağlı əlavə nəticə verməyib.
//qaynar.az