Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünyanın ən gözəl adı seçildi

11.03.2026 18:57 441
Dünyanın ən gözəl adı seçildi
Verdiyi məna və ahəngi ilə fərqləndiyinə görə dünyanın ən gözəl adı müəyyən olunub.

"University of Birmingham"ın dilçiləri tərəfindən aparılan araşdırmada “Sofia” adı dünyanın ən gözəl adı seçilib. Araşdırmanın nəticələrinə görə, yumşaq samitlər və ahəngdar saitlərin uyğunluğu sayəsində "Sofia" adı müxtəlif dillərdə qulağa ən xoş gələn ad kimi ən yüksək balı toplayıb.

Dilçilər bildiriblər ki, adın axıcılığı insan beynində müsbət assosiasiya yaradır və bu xüsusiyyət onun mədəni sərhədləri aşaraq qlobal populyarlıq qazanmasına səbəb olur.

Qeyd olunur ki, qədim yunan dilində “müdriklik” mənasını verən “sophía” sözündən yaranan bu ad tarix boyu Qədim Yunanıstandan Roma imperiyasına, Slavyan ölkələrindən Qərbi Avropaya qədər geniş coğrafiyada istifadə olunub və bu gün də zərifliyin simvollarından biri hesab edilir.

Bu ad müxtəlif ölkələrdə "Sophie", "Sofia" və "Sofie" kimi variantlarda işlədilsə də, fonetik cazibəsini və asan tələffüzünü bütün dillərdə qoruyub saxlayır.
//unikal.az

Son xəbərlər