Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Tarix İnstitutunun informasiya müharibəsi - Erməni dilində broşürlər hazırlanıb

12.04.2021 17:07 819
Tarix İnstitutunun informasiya müharibəsi - Erməni dilində broşürlər hazırlanıb
“Dayanmaq olmaz, çünki informasiya bitməyib, düşmən yatmayıb, öz uydurmalarını yaymaqda davam edir”.

Bu sözləri Modern.az-a AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Güntəkin Nəcəfli tarixçilərin informasiya müharibəsində rolundan danışarkən deyib.

“Biz döyüş meydanında qalib gəldiyimiz kimi, informasiya müharibəsində də qalib gəlməliyik. Bunun üçün də tarixçilər daha çox çalışmalıdır. Bununla bağlı Tarix İnstitutunda ciddi tədqiqatlar gedir. Xaricdə olan arxivlərdən çoxsaylı sənədlər gətirilir. Ermənilər hətta öz mənbələrində belə ifşa olunub. Azərbaycana qarşı törətdikləri təcavüzlər rusdilli sənədlər əsasında faktla sübut edilib”.

G.Nəcəfli tək öz dilimizdə yox, beynəlxalq dillərdə informasiya yaymağın vacibliyindən də söz açıb:

“Biz informasiya müharibəsini beynəlxalq dillərdə davam etdiririk. Məsələn, “Qarabağ real faktlar, sənədlər” kitabı dünyanın ən aparıcı 12 dilinə tərcümə olunub. Daha sonra “Rusiya işğalı və ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi” kitabı 8 dilə, o cümlədən rus, ingilis, ispan, alman dilinə tərcümə olunub. Hətta ərəb dili vasitəsi ilə Şərq ölkələrinə həqiqətləri yaymağa çalışırıq. Prezidentimizin göstərişi ilə həmin kitabların kiçik broşürləri də hazırlanıb ki, əldə paylamaq rahat olsun. Bu broşürlər dünyanın bir çox dillərinə, eyni zamanda gürcü və erməni dilinə də tərcümə olunub. Erməni xalqı liderlərinin uydurmalarından çox vaxt xəbərsiz olur. Ona görə də bunlar erməni dilinə də tərcümə olunub”.скачать dle 11.3
Mojo.az Banner