Mojo.az Banner
17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

23.12.2023 17:07 1 905
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və informatikanın inkişaf tarixi” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə “Report”a İnstitutdan bildirilib.

Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə birgə keçirilən tədbiri Akademiyanın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev açıq elan edib. Elmi konfransın əhəmiyyəti barədə danışan alim Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb, bu il çərçivəsində həm AMEA-da, həm də ölkənin digər elmi müəssisə və təşkilatlarında Ulu Öndərin xatirəsinə həsr olunan çoxsaylı tədbirlərin təşkil olunduğunu, görkəmli dövlət xadiminin həyatı və zəngin fəaliyyətinin müxtəlif aspektlərdən təhlil edildiyini deyib.

Akademik bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Liderin ötən əsrin II yarısından etibarən Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informatika və onunla əlaqəli kompüter elmlərinin, İKT-nin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması, istehsal müəssisələrinin yaradılması istiqamətində gördüyü işlərlə bağlı il ərzində müxtəlif elmi-populyar materiallar hazırlanıb, müəyyən tədbirlər həyata keçirilib.

AMEA-nın vitse-prezidenti Ulu Öndərin Azərbaycanda informasiya cəmiyyətinin, eləcə də informasiya-kommunikasiya sənayesinin formalaşdırılması və inkişafında rolundan bəhs edib: “Onun həyata keçirdiyi fəaliyyətin tarixi nöqteyi-nəzərdən sistemli tədqiq edilməsi, bu istiqamətdə dolğun biliklərin əldə olunmasına böyük ehtiyac var. Artıq bu istiqamətdə İnformasiya Texnologiyaları İnstitutu və Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində tədqiqatlara başlanılıb.

R.Əliquliyev Ümummilli Liderin Azərbaycanda informasiya cəmiyyətinin əsasının qoyulması, informatika sahəsində kadrların yetişdirilməsi, ölkəmizdə kosmik sənayenin formalaşması, müvafiq sahə üzrə elm-təhsil mərkəzlərinin, istehsal müəssisələrinin yaradılması, o cümlədən elmi məktəblərin əsasının qoyulmasında əvəzsiz xidmətləri olduğunu qeyd edib. O, müstəqilliyimizin ilk illərində məhz H.Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycanda telekommunikasiyanın inkişafı, ölkənin qlobal elektron informasiya məkanına inteqrasiyası və İKT sənayesinin inkişafı istiqamətində əməli addımların atıldığını, müəyyən nailiyyətlərin əldə olunduğunu söyləyib.скачать dle 11.3
Mojo.az Banner