Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər

16.11.2026 13:25 150
Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər
Güclü küləkli hava şəraiti insan sağlamlığına da müəyyən təsirlər göstərə bilər. Xüsusilə temperaturun dəyişməsi, toz və digər hissəciklərin havada yayılması, eləcə də kəskin hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər. Bu baxımdan küləkli havanın ürək-damar, tənəffüs və sinir sistemi xəstəlikləri olan şəxslərə təsiri, həmçinin belə günlərdə hansı ehtiyat tədbirlərinin görülməli olduğu maraq doğurur. Güclü külək insan orqanizminə hansı təsirləri göstərə bilər?

Tibb üzrə ekspert Rasif Bağırov Median.Az-a bildirib ki, güclü külək ilk növbədə insanların küçədə sərbəst hərəkətinə mane olur:
“Xüsusilə arıq və yaşlı insanlar küləyin təsiri ilə müvazinətini itirərək yıxıla və müxtəlif travmalar ala bilərlər. Bundan əlavə, küçələrdəki köhnə və zəif ağaclar güclü külək nəticəsində insanların üzərinə aşaraq təhlükə yarada bilər. Digər tərəfdən, güclü külək zamanı yerdən toz və müxtəlif hissəciklər havaya qalxır. Həmin tozların tərkibində müxtəlif infeksion xəstəliklərin törədiciləri və sporlar ola bilər. Bu hissəciklər yuxarı tənəffüs yolları vasitəsilə ağciyərlərə daxil olaraq ciddi xəstəliklərə səbəb ola bilər. Bundan başqa, xroniki xəstəlikləri olan insanlarda küləkli hava həmin xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Xüsusilə küləklə birbaşa təmasda olan nahiyələrdə sinir problemləri mövcuddursa, həmin nahiyələrdə ağrı və digər narahatlıqlar arta bilər. Atmosfer təzyiqinin dəyişməsi və bədən temperaturunun kəskin fərqlənməsi də xroniki xəstəliklərin ağırlaşmasına, eyni zamanda yuxarı tənəffüs yolları xəstəliklərinin yaranmasına şərait yarada bilər”.
O qeyd edib ki, küləkli havada sağlamlığı qorumaq üçün müəyyən profilaktik tədbirlərə əməl etmək vacibdir:
“Məsələn, gözlər küləyin birbaşa təsirinə məruz qaldığından qoruyucu eynəklərdən istifadə etmək tövsiyə olunur. Bu, gözün səthində və konyunktivasında iltihabi proseslərin yaranma riskini azalda bilər. Həmçinin havadakı toz və digər hissəciklərin tənəffüs yollarına daxil olmasının qarşısını almaq üçün maskadan istifadə etmək məqsədəuyğundur. Bütün bunları nəzərə alaraq, küləkli havada insanların sağlamlıqlarını qorumaq üçün ehtiyatlı davranmaları və müvafiq qoruyucu vasitələrdən istifadə etmələri vacibdir”.

Son xəbərlər