Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir"
"Rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir?"
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, həm milli kimlik, həm milli özünüdərk, həm də milli ideologiya təhsildə formalaşır:
"Bu gün rus bölməsində 157 min, Azərbaycan bölməsində 1 milyon 570 min şagird təhsil alır. Bir şagirdin dövlət büdcəsinə illik maliyyəti 2 000 manatdır. Azərbaycanda ingilis dilində dövlət hesabına təhsil verən orta məktəblər varmı? Demək olar ki, yoxdur. Çin dilində varmı? Yoxdur. Fransız dilində varmı? Yoxdur. Belə olan halda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır? İstər-istəməz sual yaranır ki, nə üçün? Bu barədə də düşünmək lazımdır. Bu, ümumi şagirdlərimizin 9.3 %-ni təşkil edir!"