Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 12:35 Bu ərazilərə qar yağır | 12:34 FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb | 12:33 Bu ərazilərdə evlər bahalaşdı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər

16.11.2026 13:36 63
Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər
Din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, o cümlədən və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.

Median.Az
President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb.

İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

- onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

- məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

- bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;

- qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

Yeni Məcəlləyə əsasən, aşağıdakı şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməzlər:

- digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;

- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;

- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;

- qulluq funksiyalarının və vəzifələrinin yerinə yetirilməməsinə və ya lazımı şəkildə yerinə yetirilməməsinə, müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində);

- din xadimləri.

Qeyd edək ki, "Dövlət qulluğu haqqında" qanunda olduğu kimi Dövlət Qulluğu Məcəlləsinin layihəsində də 65 yaşla bağlı məhdudiyyət saxlanılıb.

Son xəbərlər