Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayevdən AÇIQLAMA

10.09.2024 13:07 2 376
Rus bölməsinin şagirdləri tariximizi Azərbaycan dilində öyrənəcəklər - Emin Əmrullayevdən AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev övladı rus dilində təhsil alan bəzi valideynlərin Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması ilə bağlı gileylərinə cavab verib.

Bu barədə jurnalistlərə açıqlama zamanı oxu.az-ın sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, ölkəmizdə yaşayan, oxuyan hər bir şagird Azərbaycan dilini bilməlidir:

"Burada rus bölməsi olması fərq etmir. Şagird öz tarixini, öz ədəbiyyatını öz dilində oxumalıdır. Burada xüsusi məntiq axtarmağa ehtiyac yoxdur. Şagirdlər onsuz da Azərbaycan dili fənnini öyrənirlər. Azərbaycan tarixi fənnini keçəndə artıq onların ana dili bilikləri olmalıdır. Məqsəd də budur ki, o bilik formalaşsın".

"Rus bölməsindəki şagirdlərin Azərbaycan dili səviyyəsi ilə bağlı narahatlığımız var. Şagirdlər rus dilində tədris ala bilər, amma onların Azərbaycan dili yüksək səviyyədə olmalıdır", - deyə nazir vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner