Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

“WhatsApp”da YENİ FUNKSİYA

18.11.2026 22:22 18
“WhatsApp”da YENİ FUNKSİYA
“WhatsApp” istifadəçilərə status paylaşımlarını daha rahat idarə etməyə imkan verən yeni funksiyanı təqdim edir.

Yeni funksiya vasitəsilə istifadəçilər statuslarını paylaşmaq üçün xüsusi auditoriya yarada və həmin qrupa fərdi ad, eləcə də emoji təyin edə biləcəklər. Belə ki, istifadəçilər yaxın dostları, ailə üzvləri və digər şəxslər üçün ayrıca status auditoriyası formalaşdıra biləcəklər.

Məsələn, “Ailə” adlı xüsusi siyahı yaradaraq yalnız seçilmiş şəxslərlə status paylaşmaq mümkün olacaq. Yeniliyin diqqətçəkən məqamlarından biri də odur ki, həmin auditoriyaya daxil edilən şəxslər statusa baxarkən qrupun adını və emojisini görə biləcəklər.

Bununla belə, onlar siyahıya daxil olan digər şəxslərin kimliyini görə bilməyəcəklər. Yeni funksiya status paylaşımlarının məxfiliyini qorumaqla yanaşı, istifadəçilərə paylaşımlarını fərqli auditoriyalar üzrə idarə etmək imkanı verəcək.
//sfera.az

Son xəbərlər