Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

"WhatsApp"da yeni funksiya: Faylları paylaşmaq mümkün olacaq

22.04.2024 13:28 1 521
"WhatsApp”a gələn yeni funksiya sayəsində yaxınlıqdakı istifadəçilər öz aralarında fayl mübadiləsi edə biləcəklər.

Azxeber.com xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp” istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.

"WhatsApp”ın Android 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət ortaya çıxıb.

Müvafiq olaraq, "WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Bu yolla istifadəçilər simsiz şəbəkə üzərindən faylları paylaşa biləcəklər. Şirkət həmçinin paylaşılan faylların şifrələnəcəyini söyləyir.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməməsinə tam nəzarət edəcəklər. "WhatsApp” yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.

Son xəbərlər