Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"WhatsApp"da yeni funksiya: Nömrələri yığıb zəng edə biləcəksiniz

26.06.2024 13:20 1 551
"WhatsApp” proqram daxilində telefon nömrəsini yığmağa və zəng etməyə imkan verəcək funksiyanı sınaqdan keçirməyə başlayıb.

Tətbiqin "2.24.13.17” kodlu Android beta versiyasında aşkarlanan funksiya sayəsində istifadəçilər artıq nömrə yığaraq birbaşa "WhatsApp" vasitəsilə zəng edə biləcəklər.

"WhatsApp”ın yeni funksiyasının bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik bəlli deyil.

Bununla belə, funksiya sınaq mərhələsində olduğundan onun tezliklə bütün istifadəçilər üçün əlçatan olmasını gözləyirik.
//azxeber.com

Son xəbərlər