Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusilə külli miqdarda mənimsədə ittiham edilən sabiq vəzifəli şəxsi Səday Alıyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
Səday Alıyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib.
Növbəti iclas dekabrın 15-nə təyin edilib.
Qeyd edək ki, Səday Alıyev 3 milyon manat mənimsəmədə ittiham olunur.
ADSEA-da şöbə müdiri vəzifəsində çalışan S.Alıyevin fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində məhkəməyə qədər polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki "İri Şəhərlərin Su Təchizatı" QSC zərərçəkmiş qismində tanınıb.
//oxu.az