Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq | 12:30 Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - VİDEO | 12:28 Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış | 12:27 Azərbaycan neftinin qiyməti 100 dollardan endi | 11:33 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı | 11:32 Nikol Paşinyan Türkiyədə səfərdədir | 11:31 Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək | 11:31 Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı | 11:26 650 min manatı leqallaşdıran Həsənə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA

11.11.2026 13:09 243
Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA
Münasibətlərdə qısqanclıq bəzən sevginin və bağlılığın ifadəsi kimi qəbul edilir. Lakin telefonun yoxlanılması, ünsiyyətə məhdudiyyət qoyulması və davamlı şübhələr münasibətlərdə nəzarət probleminə çevrilə bilər. Sağlam qısqanclıqla psixoloji təzyiq arasındakı sərhəd haradan keçir və bu davranışlar hansı hallarda təhlükəli sayılır?

Psixoloq Fuad Əsədov Median.Az-a açıqlamasında qeyd edib ki, qısqanclıq və şübhəni bir-birindən fərqləndirmək lazımdır:
“Telefonun yoxlanılması, qarşı tərəfin ünsiyyətinə məhdudiyyət qoyulması qısqanclıq deyil, şübhə və nəzarət davranışlarıdır. Bu cür münasibət insan azadlığını məhdudlaşdırır, onun fundamental hüquqlarına zərər vurur. Ona görə də belə davranışlara müsbət yanaşmaq və onları sevgi əlaməti kimi qiymətləndirmək düzgün deyil. Əksinə, bu, ailə münasibətlərinə, hər iki tərəfin psixoloji sağlamlığına və ümumi rifahına mənfi təsir göstərir”.
O qeyd edib ki, sağlam qısqanclıqla psixoloji təzyiq arasındakı sərhədi müəyyənləşdirərkən əsas meyar davranışın münasibətlərə təsiridir:
“Sağlam qısqanclığı müəyyən mənada laqeydliyin əksi kimi qiymətləndirmək olar. Yəni tərəflərin bir-birinin harada olması, nə ilə məşğul olması və gündəlik həyatı ilə maraqlanması münasibətdə diqqət və qayğının göstəricisidir. Əgər tərəflər bir-birinə qarşı tamamilə laqeyd olarsa, bu da ailə münasibətlərinə mənfi təsir göstərə bilər. Lakin bu maraq və diqqət müəyyən həddi aşmamalıdır. Qarşılıqlı qayğı və diqqət hər iki tərəfdə xoş hisslər yaradırsa, bunu sağlam qısqanclıq hesab etmək olar. Əsas məsələ davranışların münasibətə və tərəflərin psixoloji vəziyyətinə necə təsir etdiyini düzgün qiymətləndirməkdir”.

Son xəbərlər