Mojo.az Banner
19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |     16:58 Azərbaycanda mal əti bahalaşdı  |     16:40 İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq  |     16:39 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video  |     16:38 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video  |     16:35 Diqqətlər Bakıda: Kamikadze dronlar və robotlarımız nümayiş etdiriləcək  |     16:34 Ağır qəzada ölən şəxs hərbçi imiş - FOTO  |     16:31 Sumqayıtda "Chevrolet" piyadanı vurub öldürdü  |     16:29 Dənizdə batan tələbələrin fotoları (Yenilənib)  |     16:25 Bakıda kirayə evlərin sayı azalır: Qiymətlər daha da qalxacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ananı döyülən görən uşağın beynində nə baş verir? — Psixoloq danışdı

22.09.2026 13:01 606
Ananı döyülən görən uşağın beynində nə baş verir? — Psixoloq danışdı
Bakıda marketdə qadının həyat yoldaşı tərəfindən uşağının gözü qarşısında döyülməsi ilə bağlı yayılan görüntülər ailə-məişət zəminində zorakılığın yalnız evin qapıları arxasında baş vermədiyini bir daha gündəmə gətirib. Məlumata görə, sözügedən qadının daha əvvəl də uzun müddət zorakılığa məruz qaldığı bildirilib. Bəs belə münasibətlərdə zorakılıq hansı psixoloji mərhələlərdən keçir? Zərərçəkən şəxs niyə illərlə susa və münasibəti tərk etməkdə çətinlik çəkə bilər? Xüsusilə uşağın gözü qarşısında baş verən zorakılıq onun psixologiyasına necə təsir edir?

Hadisə ilə bağlı Median.Az-a danışan psixoloq Dilruba Həsənova bildirib:

"Zorakı münasibətlər adətən bir anda yaranmır. Əvvəlcə təhqir, alçaltma, qısqanclıq, nəzarət, qorxutma, sosial çevrədən uzaqlaşdırma kimi davranışlar başlayır. Daha sonra psixoloji təzyiq fiziki zorakılığa keçə bilər. Bundan sonra isə bəzən üzr istəmə, peşmanlıq, “bir daha olmayacaq” vədləri, bir müddət sakitlik və yenidən gərginlik yaranır".
Psixoloqun sözlərinə görə, bu dövr təkrarlandıqca insanın reallığı qavraması və öz qərarlarına güvəni zəifləyə bilər.Burada çox vacib bir məqam var: “Niyə getmir?”, “Niyə illərlə susur?” sualları bəzən zərərçəkən insana qarşı ədalətsiz yanaşmaya çevrilir. Çünki kənardan baxanda çıxmaq sadə görünür, amma zorakılığın içində olan insan üçün məsələ yalnız qapını açıb getmək deyil.
Qorxu, maddi asılılıq, uşaqlar, ailənin reaksiyası, cəmiyyətin “ailəni dağıtma” təzyiqi, təhdidlər, tənhalıq və uzun müddət davam edən psixoloji manipulyasiya insanın seçim imkanlarını azalda bilər.

Dilruba Həsənova əlavə edib ki, insan zamanla öz gücünə olan inamını da itirə bilər. Yəni susmaq həmişə razı olmaq demək deyil. Bəzən susmaq insanın qorxu içində yaşama strategiyasına çevrilir.

Psixoloqun fikrincə, zorakılığın ən təhlükəli tərəflərindən biri də budur: insan bir müddət sonra yalnız döyülməkdən yox, növbəti zorakılığın nə vaxt gələcəyindən qorxaraq yaşamağa başlayır. Bu isə psixoloji olaraq daim təhlükə gözləmək vəziyyətidir.
Uşağı ayrıca düşünmək məsələsinə toxunan mütəxəsis vurğulayıb:
"Uşaq atasının anasını döydüyünü görəndə sadəcə “bir hadisəyə şahid olmur”. Onun üçün təhlükəsiz hesab etdiyi ailə mühiti dağıla bilər. Uşaq qorxa, özünü günahlandıra, “anamı qoruya bilmədim” düşüncəsinə düşə və ya əksinə, zorakılığı münasibətlərin normal forması kimi qəbul edə bilər. Araşdırmalar valideynlər arasında zorakılığa şahid olmağın uşaqların emosional və davranış sağlamlığına təsir göstərə bildiyini, narahatlıq, depressiya, travma ilə əlaqəli simptomlar və sonrakı münasibətlərdə zorakılıq riskinin artması ilə əlaqəli olduğunu göstərir".

Ən ağır tərəflərdən də bəhs edən psixoloq deyib:

"Ən ağır məqamlardan biri isə uşağın beynində belə bir fikir formalaşa bilməsidir: “Sevgi olan yerdə zorakılıq da ola bilər”. Əgər uşaq bunu təkrar-təkrar görürsə, o, sadəcə hadisəni xatırlamır, münasibət modeli öyrənir. Sonrakı həyatında sevgini, hörməti, gücü və sərhədləri necə anlamasına bunun təsiri ola bilər.

Ona görə ailə-məişət zorakılığı yalnız iki insanın şəxsi problemi deyil. Bu, uşağın psixologiyasına, ailənin gələcəyinə və bütövlükdə cəmiyyətin münasibət modelinə təsir edən sosial problemdir.

Bəzən bir uşağın qarşısında anasına vurulan bir sillə yalnız həmin anı yaralamır. Uşağın təhlükəsizlik hissəsinə, sevgi anlayışına və gələcək münasibətlər haqqında təsəvvürlərinə də toxunur".

Dilruba Həsənova sonda xüsusi qeyd edib:

"Zorakılığın qarşısını almaq üçün isə ilk növbədə onu “ailə məsələsi” kimi görməkdən çıxmaq lazımdır. Çünki ailə olmaq heç kimə digər insanın üzərində zor tətbiq etmək haqqı vermir".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner