Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?

02.09.2026 21:10 285
Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?
Məktəbə ilk dəfə başlayan uşaqlarda yeni mühit, müəllim, sinif yoldaşları və xüsusi rejim səbəbilə həyəcan, ağlama və məktəbə getmək istəməmək kimi hallar yarana bilər. Ekspertlər hesab edirlər ki, bu cür hissləri keçirən uşaqlarla valideynlər düzgün rəftar etməlidirlər.

Psixoloq Aynur İsgəndərova Sfera.az-a açıqlamasında bildirib ki, valideynin münasibəti uşağın məktəbə uyğunlaşması prosesində həlledici amillərdən biridir.

Onun sözlərinə görə, uşağa “Ağlama, burada qorxulu heç nə yoxdur” demək əvəzinə, onun hisslərini qəbul etmək daha doğru yanaşmadır.

A.İsgəndərova söyləyib ki, məktəbə başlamazdan əvvəl uşağın bu dəyişikliyə hazırlanması da vacibdir:

"Məktəbi və sinfi əvvəlcədən göstərmək, müəllim haqqında müsbət və real məlumat vermək, yuxu və səhər rejimini tədricən məktəb rejiminə uyğunlaşdırmaq, məktəblə bağlı sualları cavablandırmaq uşağın qeyri-müəyyənlik hissini azalda bilər".

Psixoloq valideynlərin öz narahatlıqlarını uşağa ötürməməsinin də vacib olduğunu qeyd edib. "Çünki uşaq valideynin məktəblə bağlı qorxusunu və gərginliyini asanlıqla hiss edə bilər", - deyən psixoloq bildirib ki, bəzi uşaqlar yeni mühitə bir neçə gün ərzində, digərləri isə daha uzun müddətdə uyğunlaşırlar:

"Burada məqsəd uşağın ümumiyyətlə həyəcan yaşamaması deyil. Əsas məqsəd ona həyəcan və çətinliklərin öhdəsindən gəlmək bacarığını qazandırmaqdır”.

Psixoloq valideynlərə uşağın məktəbə getmək istəməməsini avtomatik olaraq “ərköyünlük” və ya “tənbəllik” kimi qiymətləndirməməyi də tövsiyə edib. O deyib ki, bəzən bu davranışın arxasında ayrılma narahatlığı, sosial çətinlik, bullinq, öyrənmə ilə bağlı problem və ya uşağın özünü məktəbdə təhlükəsiz hiss etməməsi dayana bilər:

“Buna görə davranışın özündən çox, davranışın arxasında duran səbəbi anlamaq vacibdir. Ən sağlam yanaşma valideyn, müəllim və zərurət olduqda psixoloqun əməkdaşlığıdır. Uşağa veriləcək əsas mesaj isə sadə olmalıdır: “Sənin üçün çətin ola bilər, amma bu çətinliyi tək keçməyəcəksən”. Məhz belə bir yanaşma uşağın məktəbə yalnız fiziki deyil, emosional və psixoloji baxımdan da sağlam şəkildə uyğunlaşmasına kömək edir”.

Son xəbərlər