Mojo.az Banner
19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |     19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |     17:04 Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb  |     17:01 Azərbaycanda dörd qanun ləğv ediləcək  |     16:56 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi  |     16:46 Bakı-Tbilisi sərnişinlərinə şad xəbər: Biletlər satışdadır - FOTO  |     16:29 Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirildi  |     16:26 Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?  |     16:11 16 yaşlı qıza sataşan şəxs həbs olundu  |     16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaq bağçaya getmək istəmirsə nə emək lazımdır? - Psixoloqun məsləhətləri

21.08.2025 21:52 840
Uşaq bağçaya getmək istəmirsə nə emək lazımdır? - Psixoloqun məsləhətləri
Uşağın bağçaya getmək istəməməsi, onun tərbiyəçi və ya yaşıdları ilə münasibətləri, gündəlik rejiminin uyğun qurulmaması və ya anasından ayrılmaq istəməməsi ilə bağlı ola bilər.

Bu barədə gazeta.ru-ya uşaq psixoloqu Nataliya Naumova danışıb.

Psixoloqun sözlərinə görə, uşaq bağçaya getməkdən imtina edir və valideynlərinə isterika göstərirsə, bunun səbəbini tapmaq vacibdir:

"İlk olaraq baxmaq lazımdır ki, uşaq özünə necə qulluq edə bilir: geyinmək, soyunmaq, tualetə getmək, qaşıq və çəngəl ilə yemək, içmək bacarığı varmı. Sonra onun uşaqlarla və böyüklərlə ünsiyyət qabiliyyətini qiymətləndirməliyik. Valideynlər uşaq meydançasında oynayarkən bunu görə bilərlər – uşaq tək oynamanı üstün tutur, yoxsa başqaları ilə ünsiyyət qurur, böyüklərə münasibəti necədir. Digər məsələ rejimdir – uşağın səhərlər asanlıqla oyanıb bağçaya hazır olması. Ola bilər ki, bağçada yemək vaxtı ilə evdəki rejim üst-üstə düşmür. Bu halda evdə də bağçadakı cədvələ uyğun rejim qurmaq lazımdır ki, uşaq yemək, oynamaq və yatmaq vaxtlarında çətinlik çəkməsin".

Psixoloq qeyd edib ki, uşaqlar üçün ananı buraxmaq çox vaxt çətin olur, buna görə də valideynlər uşağa onu bağçadan kimin və nə vaxt götürəcəyini mütləq deməlidirlər:

"Uşaqlar zaman anlayışında yaxşı orientasiya etmirlər, buna görə də saat demək əvəzinə ‘gəzintidən sonra’, ‘yuxudan oyandıqda’, ‘nahardan sonra’ kimi mərhələlərlə izah etmək lazımdır. Həmçinin uşağın tərbiyəçilərlə münasibəti də rol oynayır – əgər onlar sərt davransalar, bu uşağa ağır gələ bilər. Eləcə də yaşıdları ilə mübahisələr və münasibət problemləri uşağın bağçaya münasibətini dəyişə bilər. Belə hallarda valideynlər tərbiyəçi ilə danışmalı, vəziyyəti öyrənməli və çıxış yolu axtarmalıdır".

Naumovanın sözlərinə görə, evdə də yuxu pozuntuları, tez-tez xəstələnmə, iştahanın itməsi, əsəbilik və ağlama hallarının artması bağçaya uyğunlaşma çətinliyinin göstəricisidir:

"Əgər valideynlər səbəbləri aradan qaldırmağa çalışıb, lakin nəticə əldə edə bilmirlərsə, mütləq uşaq psixoloquna müraciət etmək lazımdır. Bu, həm valideynlərin işlərinə rahat davam etməsinə, həm də uşağın bağçada özünü daha yaxşı hiss etməsinə kömək edəcək".
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner