Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq?

11.11.2026 16:08 189
Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq?
Bayram günlərindən sonra işə qayıtmaq bəzi insanlar üçün çətin ola bilər. Çünki istirahət müddətində insanın gündəlik rejimi dəyişir. Daha gec yatır, gec oyanır, işlə bağlı məsuliyyətlərdən bir qədər uzaqlaşır. Bu səbəbdən işə qayıtdıqda əvvəlki tempə uyğunlaşmaq müəyyən vaxt tələb edir.

Psixoloq Aynur İsmayıl Median.Az-a açıqlamasında qeyd edib ki, insanlar özlərindən dərhal yüksək iş performansı gözləməməlidirlər:
“İşə qayıdan ilk günlərdə yorğunluq, diqqətin dağılması, həvəssizlik və işə başlamaqda çətinlik yaşana bilər. Bunlar normal hallardır və insanın tənbəl olması demək deyil. Ən vacib məqamlardan biri gündəlik rejimi bərpa etməkdir. Xüsusilə yuxu saatlarına diqqət yetirmək lazımdır. İnsan çalışmalıdır ki, bayramdan sonra əvvəlki yatmaq və oyanmaq saatlarına qayıtsın. Çünki keyfiyyətli yuxu həm əhvala, həm də iş qabiliyyətinə birbaşa təsir edir. Digər tərəfdən, işə qayıdan kimi bütün tapşırıqları eyni anda yerinə yetirməyə çalışmaq düzgün deyil. İşləri vacibliyinə görə sıralamaq və gün ərzində mərhələli şəkildə tamamlamaq daha faydalıdır. Bu, insanın özünü təzyiq altında hiss etməsinin qarşısını alır”.
O deyib ki, iş yoldaşları ilə ünsiyyət də adaptasiya prosesini asanlaşdıra bilər:
“Kiçik söhbətlər, müsbət münasibət və kollektivdə xoş atmosfer insanın işə daha rahat köklənməsinə kömək edir. Bir məqamı da unutmaq olmaz ki, bayramdan sonra işə həvəssiz yanaşmaq hər zaman işindən narazı olmaq demək deyil. Bəzən insan sadəcə istirahət rejimindən iş rejiminə keçməkdə çətinlik çəkir. Özümüzə bir qədər vaxt verməliyik. İnsanlar bayramın bitməsini istirahətin sonu kimi deyil, yeni iş dövrünün başlanğıcı kimi qəbul etsinlər. İş və istirahət arasında düzgün tarazlıq qurmaq vacibdir. Çünki insan yalnız işləməklə deyil, vaxtında dincəlməklə də məhsuldar ola bilir”.

Son xəbərlər