Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq

16.09.2026 20:23 402
Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq
Yuxu rejiminin pozulması, xüsusilə gec saatlara qədər oyaq qalan və səhərlər gec oyanan insanlarda gündəlik həyat ritminə ciddi təsir göstərə bilər. Rejimin dəyişməsi nəticəsində insan gecə yuxuya getməkdə çətinlik çəkir, səhər oyanmaqda problem yaşayır və gün ərzində özünü yorğun hiss edir. Bu isə iş və ya dərs zamanı diqqəti cəmləməyi çətinləşdirə bilər.

Yuxu rejiminin bərpası isə bəzən bir neçə gün ərzində mümkün olmur və müəyyən müddət tələb edir. Bəs pozulmuş yuxu rejimini sağlam şəkildə bərpa etmək üçün hansı addımlar atılmalıdır? İnsan yeni rejimə nə qədər müddət ərzində uyğunlaşa bilər? Yuxu rejimi pozulduqda ilk növbədə nələrə diqqət etmək lazımdır?

Nevroloq Sevinc Məmmədova Qaynarinfo-ya açıqlamasında bildirib ki, yuxu insan biologiyasının mühüm tərkib hissəsidir və orqanizmin suya və qidaya ehtiyacı olduğu kimi, yuxuya da fizioloji ehtiyacı var:

"Əgər normal yatmırıqsa və yuxu kifayət qədər olmursa, bu, zamanla ciddi yuxu pozuntularına səbəb ola bilər. Yuxu pozuntusu yarandıqda bu, digər fəaliyyətlərimizə də təsir göstərir. Eyni zamanda gündəlik fəaliyyətimizə, diqqətin cəmlənməsinə və sinir sisteminə mənfi təsir göstərə bilər. Əlbəttə, yuxu pozuntusu yalnız rejimin pozulması nəticəsində yaranmır. Bəzi xəstəliklər, daxili orqanlarla bağlı problemlər, gecələr təzyiqin yüksəlməsi, müxtəlif ağrılar və xroniki xəstəliklər də yuxuya təsir göstərə bilər”.

Ekspert bildirib ki, gənclərdə, məktəblilərdə və xüsusilə yay tətilindən sonra daha çox rejim pozuntusu müşahidə edirik:

"Onlar, məsələn, gec saatlara qədər oyaq qalır, planşet, kompüter və digər elektron cihazlardan istifadə edir, film izləyirlər. Nəticədə müəyyən müddətdən sonra yuxu rejimini tənzimləmək çətinləşir. İlk növbədə, əgər yuxu rejimi pozulubsa, onu sağlam şəkildə bərpa etməyə çalışmaq lazımdır. Bunun üçün yuxu gigiyenasına düzgün riayət etmək vacibdir”.

Sevinc Məmmədova hesab edir ki, hər gün eyni saatlarda yatmaq və oyanmaq, yataq otağının nisbətən sərin olması, otağın qaranlıq saxlanılması, səs-küydən uzaq mühitin yaradılmasına ciddi fikir vermək lazımdır:

“Həmçinin yatarkən planşet, telefon, kompüter və digər elektron cihazların yaratdığı mavi işıqdan uzaq durmaq lazımdır. Bu qaydalara müəyyən müddət ərzində əməl etməklə yuxu rejimini tənzimləməyə çalışmaq olar. Əgər bütün bunlara baxmayaraq yuxu rejimini bərpa etmək mümkün olmursa, mütəxəssisə müraciət etmək lazımdır”.

Son xəbərlər