Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif

11.11.2026 15:42 303
Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif
"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir".

Bu fikirləri Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında deyib.

O bildirib ki, Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun və Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir:

"Elə yaşayış məntəqələri var ki, ailələr yeddi-səkkiz ay evlərini qızdırmalı olur. Ancaq ölkə üzrə eyni istehlak tarifləri və limitlər tətbiq edilir. Qaz və elektrik təchizatında aylıq sabit ödənişlər də mövcuddur. Eyni istehlak şərtlərini müxtəlif iqlim şəraitində yaşayan ailələr üçün tətbiq etmək ağır nəticələr doğurur.

Biz bütün ölkədə kommunal tariflərin birdən dəyişdirilməsindən danışmırıq. Söhbət sərt iqlim şəraitində yaşayan, xüsusilə sərhəd və yüksək dağ kəndlərində məskunlaşan ailələr üçün fərqli yanaşmadan gedir".

Onun sözlərinə görə, belə ərazilərdə qaz və elektrik üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə isə güzəştli tariflərin tətbiqi təklif edilir:

"Həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün də iqlim və məsafə nəzərə alınmaqla əlavə ödəniş əmsalları müəyyənləşdirilə bilər. Sərhəd və dağ kəndlərində məskunlaşmanın gücləndirilməsi üzrə dövlət proqramının qəbulu ölkə başçısının narahatlıqla vurğuladığı paytaxta axının qarşısının alınmasında mühüm rol oynaya bilər".

Son xəbərlər