Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

17.05.2024 12:33 1 518
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
Ötən il Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub.

“Report”un xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, həmin cinayətlərə məruz qalanların 24-ü Bakı, 11-i Gəncə və beşi Sumqayıt şəhərləri, altısı Tovuz, üçü Sabirabad, üçü Ağdam və digər rayonların payına düşür.

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilir.

Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.

Son xəbərlər