Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi |
Mojo.az Avto
Mojo.az Avto

Gec yatmaq ömrü qısaldır? – ARAŞDIRMA

09.05.2026 19:25 537
Gec yatmaq ömrü qısaldır? – ARAŞDIRMA
Mütəxəssislər uzun illərdir yuxu rejiminin insan sağlamlığına təsirini araşdırırlar. Son tədqiqatlar isə göstərir ki, gec saatlara qədər oyaq qalmaq və nizamsız yuxu rejimi yalnız yorğunluq yaratmır, həm də ömür uzunluğuna təsir edə bilər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, müxtəlif universitet və elmi mərkəzlərin apardığı araşdırmalarda gec yatan insanlarda ürək-damar xəstəlikləri, depressiya, diabet və erkən ölüm riskinin daha yüksək olduğu müəyyən edilib.

Vanderbilt Universitetinin alimləri 47 minə yaxın insan üzərində apardıqları araşdırmada müəyyən ediblər ki, illərlə davam edən nizamsız və qeyri-kafi yuxu rejimi ölüm riskini 29 faizə qədər artıra bilər. Tədqiqatda xüsusilə gec yatıb az yatan şəxslərin sağlamlıq problemləri ilə daha çox qarşılaşdığı bildirilib. 

Başqa bir araşdırmada isə alimlər 6 saatdan az və ya 8 saatdan çox yuxunun orqanizmdə bioloji qocalmanı sürətləndirdiyini açıqlayıblar. Tədqiqat müəllifləri optimal yuxu müddətinin təxminən 7-8 saat olduğunu vurğulayıblar. 

Mütəxəssislərin sözlərinə görə, gec yatmaq bədənin “bioloji saatını” pozur. Bu isə hormon balansına, maddələr mübadiləsinə və beynin fəaliyyətinə mənfi təsir göstərir. Harvard və Stanford universitetlərinin araşdırmalarında da gecə 1-dən sonra yatmağın psixi sağlamlıq problemləri riskini artırdığı qeyd olunub. 

Alimlər daha sağlam həyat üçün hər gün eyni saatda yatıb oyanmağı, yatmazdan əvvəl ekran istifadəsini azaltmağı və ən azı 7 saat keyfiyyətli yuxu almağı tövsiyə edirlər.

Son xəbərlər