Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi | 15:42 Dağ kəndlərində qaz və işıq limitləri ləğv olunsun - Təklif | 15:39 Azərbaycanda yeni iş modeli tətbiq oluna bilər | 15:38 Minimum əməkhaqqının artırılması üçün ilk addım atıldı | 14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda boşanmalar niyə rekord həddə çatıb? – Psixoloqdan cəmiyyətə ciddi XƏBƏRDARLIQ

07.05.2026 19:08 903
Azərbaycanda boşanmalar niyə rekord həddə çatıb? – Psixoloqdan cəmiyyətə ciddi XƏBƏRDARLIQ
Son illərdə Azərbaycanda nikahların azalması və boşanmaların artması sosial tendensiya kimi diqqət çəkir. Statistikalar göstərir ki, bu ilin yanvar-fevral aylarında ölkədə 3 376 boşanma qeydə alınıb. Bu o deməkdir ki, hər 1 000 nəfərə təxminən 2 boşanma düşür. Bu göstərici təkcə keçmiş illərlə deyil, hətta Avropa Birliyi ölkələri ilə müqayisədə də daha yüksəkdir. Boşanmaların artmasında psixoloji faktorların rolu nə qədərdir? İnsanlar daha çox hansı emosional və davranış problemlərinə görə münasibətləri davam etdirə bilmir? Gələcəkdə ailə institutunun güclənməsi üçün hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Median.Az-a açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Ramin Allahverdiyev bildirib ki, boşanmaların artmasını cəmiyyət üçün konkret bir səbəblə izah etmək düzgün deyil. Bu proses sosial, iqtisadi, mədəni və psixoloji amillərin kompleks şəkildə üst-üstə düşməsi nəticəsində formalaşır. Bu baxımdan əsas diqqət mədəni və sosial-psixoloji faktorlar üzərində cəmlənməlidir.
Psixoloqun sözlərinə görə, əsas problemlərdən biri ünsiyyət bacarıqlarının zəif olmasıdır. Yəni, konflikt yaranan zaman tərəflər konstruktiv deyil, daha çox destruktiv yanaşmaya üstünlük verirlər:

“Ailələrə psixoloji dəstəyin və məsləhət xidmətlərinin zəif olması da bu vəziyyəti dərinləşdirir. Erkən evliliklər, düşünülməmiş, planlaşdırılmadan qurulan ailələr əksərən boşanmaya daha meyilli olur. Bu isə psixoloji dayanıqlığın aşağı olması və emosional hazırlığın yetərsizliyi ilə əlaqələndirilir. Elmi tədqiqatlar da göstərir ki, belə hallarda ailə münasibətləri daha tez dağılır”.

Psixoloq qeyd edib ki, ailə məsələlərində iqtisadi amillər də mühüm rol oynayır:

“Mənzil problemi, xüsusilə böyük şəhərlərdə müstəqil ailə həyatı qurmağı çətinləşdirir. Gənclər arasında işsizlik və qeyri-stabil gəlir ailə dinamikasına mənfi təsir göstərərək tərəflər arasında gərginliyə səbəb olur. Bundan əlavə, alkoqol və narkotik asılılığı kimi zərərli vərdişlər də ailə strukturunu zəiflədir və münasibətlərdə ciddi problemlər yaradır. Digər vacib məqam isə ailəyə üçüncü şəxslərin müdaxiləsidir. Bu cür müdaxilələr çox vaxt münasibətlərdə gərginliyi artıraraq boşanma ilə nəticələnir”.

Psixoloq sonda əlavə edib ki, sadalanan səbəblər problemin yalnız görünən hissəsidir:

“Daha dərin səbəblər isə uşaqlıq dövründə yaşanan mənfi təcrübələr, emosional və psixoloji travmalarla bağlıdır. Bu faktorlar fərdlərin qərarvermə qabiliyyətinə, plan qurmasına, analitik düşüncəsinə və ümumi psixoloji dayanıqlılığına mənfi təsir göstərir.
Tövsiyə olunur ki, ailə qurmazdan əvvəl fərdlərin maarifləndirilməsi və psixoloji hazırlığı təmin edilsin. Nikahdan öncə psixoloji hazırlıq proqramlarının təşkili vacibdir. Xüsusilə məktəblərdə və universitetlərdə sağlam ünsiyyət bacarıqlarının formalaşdırılması, münasibətlərin düzgün qurulması ilə bağlı təlimlərə üstünlük verilməlidir. Bu yanaşma yalnız ailə qurmaq üçün deyil, ümumilikdə şəxsiyyətlərarası münasibətlərin sağlam inkişafı baxımından böyük əhəmiyyət daşıyır”.

Son xəbərlər