Mojo.az Banner
15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

“WhatsApp” foto və videoların orijinal keyfiyyətdə göndərilməsi funksiyasını işə salıb

05.12.2023 20:19 2 580
“WhatsApp” foto və videoların orijinal keyfiyyətdə göndərilməsi funksiyasını işə salıb
“iPhone” üçün “WhatsApp”ın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir.

Bu barədə messencerdə dəyişikliklər və yenilikləri izləyən “WABetaInfo” portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, yenilik “WhatsApp”ın iOS üçün 23.24.73 nömrəli versiyasında müşahidə edilib. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər. Teleqramda tətbiq olunduğu kimi, əlavələr sənəd kimi göndərilməlidir. Bildirilib ki, göndərilən faylların həcmi 2 GB ilə məhdudlaşır.

Eyni zamanda, 23.24.73 yeniləməsi “iPhone”da “WhatsApp”a qrup yazışmalarında səsli çatlarda iştirak etmək və öz 3D avatarınızdan istifadə edərək istifadəçi statuslarına cavab vermək imkanı əlavə edir. İstifadəçilər üçün altı növ reaksiya mövcuddur. Davam edən, tamamlanmış və buraxılmış zənglər haqqında bildirişlər də yenidən işlənib.

Yeniləmə yaxın vaxtlarda iOS-da bütün WhatsApp istifadəçiləri üçün əlçatan olacaq. Bununla belə, “Android” üçün bu funksiya hələ sınaq mərhələsindədir.скачать dle 11.3
Mojo.az Banner