Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:30 Alimlər ürəyin xərçəngə qarşı gizli müdafiə mexanizmini aşkar etdi | 21:27 SEPAH komandiri olan ruhani GÜLLƏLƏNDİ | 21:17 Sabiq vəzifəli şəxs vəfat etdi | 21:08 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? | 21:02 Əfqanıstanda məktəbdə partlayış: 7 şagird öldü, 97 nəfər yaralandı | 20:59 Dekabrın sonu bu bürclərə düşərli olacaq | 20:40 Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi | 20:31 Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi? | 20:25 DİN əməliyyat keçirdi: saxlanılanlar var | 20:24 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" | 19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

SEPAH komandiri olan ruhani GÜLLƏLƏNDİ

28.11.2026 21:27 0
SEPAH komandiri olan ruhani GÜLLƏLƏNDİ
İranda ruhani Bəşir Salahzehi Sistan və Bəlucistan əyalətinin Sərbaz rayonunda silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.

Molla Bəşir kimi tanınan Salahzehi günorta saat 14 radələrində Məlikabad–Şişkan yolunda silahlı hücuma məruz qalıb və bir neçə güllə yarası alaraq ölüb.

“Haalvş”ın mənbələrinin bildirdiyinə görə, Salahzehi SEPAH-ın yerli komandirlərindən biri olub və bu hərbi quruma məxsus səyyar bazaya rəhbərlik edib.

İranın dövlət teleradio şirkətinin xəbər agentliyi də Sərbaz rayonunun polis rəisi, polkovnik Zəvariyə istinadən məlumat yayıb. Bildirilib ki, motosikletlə hərəkət edən iki naməlum şəxs sünni din xadiminə atəş açdıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda hücumu törədən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Hücum edənlərin kimliyi və cinayətin motivi barədə hələlik məlumat açıqlanmayıb.

Son xəbərlər