Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi
Hacıqabulda atasını döyməkdə təqsirləndirilən kişi 15 sutka inzibati həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1983-cü il təvəllüdlü, Hacıqabul rayonunun Qubalıbalaoğlan kənd sakini R.Y. yaşadığı evdə atasını döyməkdə təqsirli bilinib.
Məhkəmədə məlum olub ki, ata ilə oğul arasında elektrik sistemində yaranan nasazlıq səbəbindən mübahisə baş verib. R.Y. ifadəsində atasının onun başına dəmir parçası ilə vurduğunu bildirib. O, atasını döymədiyini iddia edib.
Atası isə ifadəsində oğlunun onu boğduğunu, bu zaman özündən asılı olmayaraq onun başına qazanla vurduğunu deyib. Zərərçəkmiş oğlundan şikayətçi olduğunu və onun məsuliyyətə cəlb edilməsini istəyib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, kişinin sol bazu nahiyəsində qançır və sıyrıqlar aşkar edilib. Xəsarətlərin küt əşyanın təsirindən yarandığı və sağlamlığa zərər vurmadığı müəyyən edilib.
Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə R.Y. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 sutka inzibati həbs edilib.