Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

10 manata görə anasını boğmaq istədi: Məhkəmədə "onu bərk qucaqladım" dedi...

16.09.2025 22:23 564
10 manata görə anasını boğmaq istədi: Məhkəmədə
Bakıda 10 manata görə anasına xəsarət yetirən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1998-ci il təvəllüdlü Balakərim Heydərlinin İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair işə məhkəmədə baxılıb.

Məlum olub ki, Balakərim Heydərli anasını yaşadığı evdə döyüb və xəsarət yetirib. Belə ki, anası aralarında baş vermiş mübahisə zamanı həyat yoldaşını söyüb. Bu zaman təqsirləndirilən şəxslə anası arasında mübahisə yaranıb. Lakin Balakərim Heydərli bildirib ki, anası atasını söyən zaman qadını bərk qucaqlayıb və xəsarət yetirməyib.

Zərərçəkmiş V.H. ifadəsində deyib ki, oğlu ondan 10 manat pul istəyib, amma maaşını almadığı üçün verə bilməyib. Bu səbəbdən Balakərim onu boğaraq yerə yıxıb və xəsarət yetirib. Nəticədə qadın huşunu itirib, özünə gəldikdən sonra isə polisə şikayət verib. V.H. oğlu barəsində qanuni tədbir görülməsini xahiş edib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün həbs edilib.скачать dle 11.3
Mojo.az Banner