Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı |
Mojo.az Avto
Mojo.az Avto

Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi: "Atamı balta ilə vurdum"

19.01.2018 18:16 3 924
Psixi xəstəxanadan çıxarılan oğul məhkəməyə gətirildi:
9 il əvvəl atasını balta ilə öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən qətl törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib.

2009-cu ildə məhkəmə onun psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərilməsinə dair qərar çıxarıb. Qanuna görə, onun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılır.

Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azər Yaqubov atasını yatmış, köməksiz vəziyyətdə qətlə yetirib.

O, verilən ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

Məhkəmədə sərbəst ifadə verən Azər Yaqubov ifadəsində atasını bir dəfə balta ilə vurduğunu deyib.

Hakim bildirib ki, istintaq materiallarında Azər Yaqubovun atası Şaban Yaqubova balta ilə 3 dəfə zərbə vurduğu qeyd edilib.

Prokurorun suallarını cavablandıran A.Yaqubov hadisəni törədən zaman atasının yatmadığını, televizora baxdığını və mübahisə etdikdən sonra vurduğunu deyib.

Məhkəmədə öldürülən Şaban Yaqubovun hüquqi varisi  digər oğlu Anar Yaqubov da məhkəmədə ifadə verib.

O, hazırda qardaşından şikayətçi olmadığını söyləyib: "Mərhum mənim atamdır. Azər də qardaşım. Hadisə də ailə münaqişəsi zəminində baş verib. Mənim şikayətçi olub-olmamağım nəyisə dəyişmir. Hadisə 9 il əvvəl baş verib".

Məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Proses yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, qətl 2009-cu ildə Sumqayıtda baş verib. İttihama əsasən, Azər Yaqubov atası Şaban Yaqubova yatdığı yerdə baltalayıb. Şaban Yaqubov hadisə yerindəcə keçinib. Hadisəyə səbəb isə Azərin işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. 
 
///lent.az

Son xəbərlər