Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı |
Mojo.az Avto
Mojo.az Avto

Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı

28.11.2026 18:31 189
FOTO Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı
Bərdədə dəm qazından zəhərlənərək həyatını itirən 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanın anası Şəlalə Quliyeva qızının ölümü ilə bağlı bəzi iddialar səsləndirib.

Median.Az
xəbər verir ki, "Teleqraf"a danışan ananın sözlərinə görə, hadisədən əvvəl qızı ona zəng edərək pul istəyib. O, qızının bank kartına pul göndərdikdən sonra bir neçə dəfə Pərvanə ilə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab ala bilməyib.

Şəlalə Quliyevanın sözlərinə görə, səhər saatlarında qızı yenidən zəng edərək gecə baş verənləri danışıb. Kənanın qayçını boğazına dirəyərək onu hədələdiyini, evdən getsə, öldürəcəyini dediyini bildirib.
Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladıŞəlalə Quliyeva hadisədən gecə saat 3 radələrində xəbər tutub. Ona qızının və kürəkəni Kənan İmaməliyevin zəhərləndiyi bildirilib. Dərhal yola düşən ana xəstəxanaya çatanda Pərvanənin artıq morqda olduğunu öyrənib.
Ana günorta saatlarında qızının meyitini görüb, bədəninin sağ böyründə sivri iz və qan yığılmasına bənzər əlamət müşahidə edib.
Ananın sözlərinə görə, Pərvanənin ölüm səbəbi ilə bağlı dəqiq fikir ekspertizanın rəyindən sonra bilinəcək.
Şəlalə Quliyeva məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. O, qızının qayınanası, qaynı və həyat yoldaşından şikayətçidir.

Son xəbərlər