Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır | 13:52 Uzun fasilədən sonra Günəşdə partlayış qeydə alındı | 13:45 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" | 13:37 Prezidentdən Əli Əsədovla bağlı Sərəncam | 13:30 Sabah hava necə olacaq? - 29.11.2026 | 13:24 Səlim Müslümova ağır itki | 13:21 Yeniyetməyə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı | 13:17 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var | 13:13 Azərbaycan nefti ucuzlaşıb | 23:01 Vergi Xidmətinin vəzifəli şəxsləri sahibkarlardan 200 min manat pul vəsaitini rüşvət almaqda ittiham olunur | 23:00 Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı | 22:54 Avtobusdan düşərkən torbanı apardı, bir aylıq həbs cəzası aldı | 22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı

28.11.2026 14:16 33
YENİLƏNİB Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı
Bakıda bıçaqlanan ata və oğlunun son durumu açıqlanıb.

Bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 27-si saat 05:30-da üç nəfər (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan iki nəfərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Vəziyyəti kritik ağır qiymətləndirilən bir nəfərin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb".

* * * * *

Bakıda ata və oğluna xəsarət yetirən şəxs saxlanılıb.


Hadisə noyabrın 28-də gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib. U.Əhmədov şəxsi münasibətlər zəminində T.Məmmədova kəsici alətlə xəsarət yetirib. Bu zaman mübahisənin qarşısını almaq istəyən zərərçəkənin atası F.Məmmədov da yaralanıb.

Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən U.Əhmədov tutularaq istintaqa təhvil verilib.

* * * * *

Bakıda kafedə kütləvi dava olub.


Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki kafelərdən birində baş verib. Hadisə zamanı davada iştirak edən şəhər sakini, 1972-ci il təvəllüdlü Tofiq Məmmədov və onun oğlu bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər