Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var

28.11.2026 13:17 30
Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Rayon sakini Ələddin Qədirovun idarə etdiyi VAZ-2106 və Simran Əhmədlinin sükanı arxasında olduğu "Ford Transit" markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Son xəbərlər