Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 4 manatdan 2 manata endirildi | 22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı | 21:03 2026-2027-ci ilin qışında dəbdə olacaq xəz palto - 5 əsas trend | 20:58 Naxçıvanda 10 ceyran təbiətə buraxılıb | 20:50 İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq | 20:45 Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub | 20:36 “Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi - Bakıda DƏHŞƏT | 20:31 Bu daraq saç çıxaracaq | 20:24 Sabah 20 dərəcə isti olacaq | 20:19 Ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək | 20:11 Çipsə 1 manat aksiz vergisi tətbiq ediləcək |
Mojo.az Avto
Mojo.az Avto

“ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək

18.11.2026 22:10 24
“ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək
Azərbaycanda “ƏDV geri al” mexanizminin əhatə dairəsinin genişləndirilməsi təklif olunur.

Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Təklifə əsasən, “ƏDV geri al” mexanizmi yalnız simfonik orkestr konsertlərini deyil, bütün konsert növlərini əhatə edəcək. Qeyd olunub ki, hazırda mexanizmin yalnız simfonik orkestr konsertlərinə şamil edilməsi digər musiqi və konsert tədbirləri üçün bərabər imkanlar yaratmır.

Dəyişikliyin məqsədi mədəniyyət və incəsənət tədbirlərinin inkişafını stimullaşdırmaq, insanların konsertlərə çıxış imkanlarını genişləndirmək, həmçinin vergi güzəştlərinin bütün konsert növlərinə vahid qaydada tətbiqini təmin etməkdir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
//sfera.az

Son xəbərlər