Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada...
Bakıda müşahidə olunan güclü küləklər nəticəsində ağacların aşması, avtomobillərin və yaşayış evlərinin zədələnməsi kimi hadisələr əmlaka dəyən zərərin qarşılanması məsələsini gündəmə gətirir.
Belə hallarda vətəndaşların sığorta təminatından istifadə imkanları, sığorta şirkətlərinin ödəniş öhdəlikləri və mövcud müqavilələrin əhatə dairəsi maraq doğurur. Güclü külək nəticəsində avtomobilə və ya yaşayış evinə zərər dəydikdə sığorta şirkəti həmin zərəri İcbari avtomobil sığortası külək nəticəsində avtomobilə dəyən zərəri əhatə edirmi, yoxsa bunun üçün KASKO sığortası tələb olunur?
Sığorta mütəxəssisi Şahin İsmayılov Medina.Az-a açıqlamasında deyib ki, avtomobilin yalnız icbari sığortası varsa, güclü külək nəticəsində həmin nəqliyyat vasitəsinə dəyən zərərin sığorta şirkəti tərəfindən qarşılanması nəzərdə tutulmur:

“Çünki icbari avtomobil sığortası avtomobil sahibinin üçüncü şəxslərin əmlakına və sağlamlığına vurduğu zərərin ödənilməsini əhatə edir. Bu baxımdan, avtomobilin özünə dəyən zərərin qarşılanması üçün KASKO sığortasının olması vacibdir. Yaşayış evlərinə gəldikdə isə, əmlak «Daşınmaz əmlakın icbari sığortası» üzrə sığortalanıbsa, güclü külək nəticəsində yaranan zərərə görə sığorta ödənişi almaq mümkündür. Qanunvericiliyə əsasən, fırtına, qasırğa və tufan kimi təbii hadisələr sığorta hadisəsi hesab olunur. Lakin daşınmaz əmlak sığortalanmayıbsa, sığorta şirkətinin hər hansı ödəniş həyata keçirmək öhdəliyi yaranmır. Ödənişin həyata keçirilməsi isə hadisənin sığorta müqaviləsinin şərtlərinə uyğunluğu və dəymiş zərərin qiymətləndirilməsi əsasında müəyyən edilir”.