Mojo.az Banner
23:01 Lənkəranda açıq sahədə yanğın başlayıb  |     22:29 Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ  |     22:20 “ChatGPT”-də limitlər aradan qalxır: Pulsuz istifadəçilər nə əldə edəcək?  |     21:57 Türkiyədə azərbaycanlı iş adamının cəsədi tapıldı - "Bəniz"in keçmiş əridir  |     21:48 Sağlam qalmaq üçün gündə neçə dəqiqə gəzmək lazımdır?  |     21:35 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:26 Etna minlərlə turistin səfərini pozdu  |     21:19 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:01 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     20:53 Dənizdə batma təhlükəsində olan şəxs xilas edildi  |     20:50 "Toyota" ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır  |     20:48 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər  |     20:44 Çində keçmiş məmur edam cəzasına məhkum edildi  |     19:41 Pakistan müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır  |     19:36 Yasamalda soyğunçuluq edən şəxs tutuldu  |     19:33 Luis Suaresin möhtəşəm dönüşü gözlənilir  |     19:27 Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU  |     19:02 Təhsil sənədləri artıq myGov-da – Məzunlarına şad xəbər  |     18:53 Şəhərlərarası marşrutlar üzrə müsabiqənin növbəti qalibləri açıqlandı  |     18:50 Meşəlik ərazidə 16 yaşlı qızın və 29 yaşlı kişinin meyiti aşkarlandı - Lənkəranda müəmmalı hadisə  |    
Left Banner
Right Banner

AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb

24.06.2024 11:53 639
AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb
Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat müəssisələrində Qərbi Azərbaycanla bağlı bir sıra mühüm tədqiqatlar aparılır.

Bu barədə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Bu məqsədlə AMEA Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına A.A.Bakıxanov adına Tarix İnstitutunda "Qərbi Azərbaycan tarixi" şöbəsi, Folklor İnstitutunda "Qərbi Azərbaycan folkloru" şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə "Toponimika" şöbəsi yaradılıb. Həmin şöbələr tərəfindən qısa müddət ərzində fundamental tədqiqatlar aparılaraq Qərbi Azərbaycanda soydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində önəmli nəticələr əldə edilib, kitablar çap olunub. Eyni zamanda, "Qərbi Azərbaycan Ensiklopediyası"nın sözlüyünün hazırlanması da başa çatdırılıb.

Bu günlərdə AMEA Rəyasət Heyətinin qərarı ilə Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına "Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi" də yaradılıb. Yeni yaradılmış şöbənin əməkdaşları Qərbi Azərbaycanda və Qarabağda yaşayıb-yaratmış şair və yazıçıların əsərlərinin əlyazmalarının toplanılması, sistemləşdirilməsi, tərtibi, nəşri məsələləri ilə məşğul olacaq, həmin regionlardan çıxan tanınmış yaradıcı simaların həyatı və yaradıcılığını araşdırıb tədqiq edəcəklər.скачать dle 11.3
Mojo.az Banner