Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub

17.11.2026 12:15 36
Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub
Naxçıvan Muxtar Respublikasında idarəetmə sisteminin yenilənməsi istiqamətində köhnə normativ-hüquqi aktların ləğvi prosesi davam edir. Sentyabrın 23-dən noyabrın 11-dək Nazirlər Kabinetinin qəbul etdiyi 15 qərarla əvvəlki illərə aid ümumilikdə 180-dən çox qərar ləğv olunub.

Median.Az m
odern.az-a istinadən xəbər verir ki, ləğv edilən qərarlar əsasən 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində qəbul olunmuş sənədləri əhatə edir. Bu sənədlər muxtar respublikada müxtəlif dövlət qurumlarının fəaliyyətinin təşkili, idarəetmə strukturları, ştat cədvəlləri, maliyyələşdirmə, tariflər və digər inzibati məsələlərlə bağlı olub.

Proses xüsusilə oktyabr və noyabr aylarında intensivləşib. Belə ki, oktyabrın 13-də qəbul edilən dörd qərarla 49, noyabrın 11-də qəbul edilən üç qərarla isə daha 45 qərar ləğv edilib.

Ləğv edilən sənədlər arasında vaxtilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş müxtəlif nazirliklərin, dövlət komitələrinin, idarələrin və müəssisələrin strukturunu, ştat sayını və fəaliyyət qaydalarını müəyyən edən qərarlar da var.

Eyni zamanda, noyabrın 5-də qəbul edilmiş ayrıca qərarla Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi ləğv olunub.

Son xəbərlər