Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:59 Bakıda səkkizaylıq hamilə qadın öldü | 12:48 Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası | 12:41 İrandan Azərbaycana 50 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb | 12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası

17.11.2026 12:48 138
Bakıda reklam agentliyinin rəhbəri həbs olundu - Borc davası
Bakıda reklam agentliyinin direktoru xırda xuliqanlıqda təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qəbul edilib.

Reklam agentliyinin direktoru olan 1993-cü il təvəllüdlü, Gədəbəy rayonundan olan Elvin Həsənov Binəqədi rayonunda yerləşən yaşayış komplekslərindən birində tanışı ilə mübahisə edərək ictimai asayişi pozmaqda ittiham olunub.

Məhkəmə materiallarına görə, tərəflər əvvəllər İT sahəsində birlikdə çalışıblar. Onların arasında pul və borc münasibətləri zəminində narazılıq yaranıb. Telefon danışığı zamanı problemi həll edə bilməyən şəxslər yaşayış binasının həyətində görüşüblər. Görüş zamanı mübahisə böyüyüb və tərəflər arasında sözlü qarşıdurma yaranıb.

Hadisə ilə bağlı zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək hücuma məruz qaldığını və təhqir olunduğunu bildirib.

Polis araşdırması zamanı reklam agentliyinin direktorunun tanışına qarşı təhqiramiz ifadələr işlətdiyi və yaşayış kompleksinin ərazisində səs-küy saldığı müəyyən edilib.

Məhkəmə onun əməlini İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) maddəsi ilə tövsif edib. Nəticədə direktor 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Son xəbərlər