Mojo.az Banner
17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi

29.09.2026 20:37 219
Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi
Bakıda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü B.H. xırda xuliqanlıqda təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə ilə bağlı məhkəmə araşdırması zamanı maraqlı detallar üzə çıxıb.

İş materiallarına görə, hadisə 2026-cı ildə baş verib. B.H. taksi fəaliyyəti zamanı xarici vətəndaşı və onun həyat yoldaşını avtomobilinə götürüb. Tərəflər arasında gediş haqqı və kondisionerdən istifadə ilə bağlı narazılıq yaranıb.

Xarici vətəndaş Asad Arif tərəfindən Azərbaycanın Daxili İşlər Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Dövlət Turizm Agentliyinə ünvanlanan şikayətdə bildirilir ki, sürücü əvvəlcə yüksək gediş haqqı tələb edib. Daha sonra kondisionerin işə salınması üçün əlavə pul istəyib.

Şikayətçinin sözlərinə görə, onlar səfəri davam etdirmək istəmədiklərini bildirərək avtomobildən düşmək istəyiblər. Lakin sürücü avtomobilin qapılarını kilidləyərək onların düşməsinə imkan verməyib. Xarici vətəndaş avtomobildən çıxmaq üçün qapını özü açmalı olduğunu bildirib. Bundan sonra sürücünün onlara söyüş söydüyü və kobud davrandığı iddia edilib.

B.H. isə məhkəmədə ittihamı qəbul etməyib. O bildirib ki, həmin şəxslərdən 10 manat gediş haqqı istəyib, lakin onlar daha ucuz qiymətə getmək istəyiblər. Avtomobilin kondisionerinin işləmədiyini deyən sürücü sərnişinlərin narazı qaldığını və avtomobili saxlatdıraraq düşdüklərini bildirib.

B.H. onların avtomobildə cəmi 2-3 dəqiqə olduqlarını, heç bir mübahisə yaşanmadığını və sərnişinlərdən pul almadığını söyləyib.

Məhkəmə isə xarici vətəndaşın şikayətini, polis əməkdaşının izahatını və digər materialları birlikdə qiymətləndirərək B.H.-nin hərəkətlərinin İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan xırda xuliqanlıq əlamətlərinə uyğun olduğu qənaətinə gəlib.

Qeyd edək ki, həmin maddəyə əsasən, ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin zor tətbiqi, zor tətbiqi hədəsi və ya əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan hərəkətlərə görə 50 manatdan 100 manatadək cərimə, hallardan və şəxsin xarakteristikasından asılı olaraq isə 15 günədək inzibati həbs tətbiq edilə bilər.

Məhkəmə B.H.-yə cərimənin deyil, inzibati həbsin tətbiq edilməsini məqsədəuyğun sayıb və onu 15 gün müddətinə inzibati həbs edib.

Qərara əsasən, həbs müddətinin başlanğıcı B.H.-nin polis şöbəsinə saat 12:00-da gətirildiyi vaxtdan hesablanıb.

B.H. 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub və Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatdadır.скачать dle 11.3
Mojo.az Banner